Posted in Xaricdə Təhsil

Xaricdə təhsil almaq üçün nə etməlisiniz ? – 9 addım


Günümüzdə minlərlə azərbaycanlı gənc xaricdə təhsil almağa can atır. Bu istiqamətdə tələbatın çoxluğuna baxmayaraq ölkəmizdə xaricdə təhsil sahəsində ciddi informasiya çatışmazlığı mövcuddur. Xaricdə təhsil almaq istəyən hər bir gənc mütləq bir sıra prosedurlardan məlumatlı olmalıdır. Bu məqalədə sizə xaricdə təhsil almaq arzunuzu gerçəkləşdirməyi addım-addım izah etməyə çalışacağıq. Əvvəla onu qeyd edək ki, xaricdə təhsil alan hər bir tələbənin öz “hekayəsi” var. Xaricdə təhsil almaq üçün sərf edilən əmək olduqca əhəmiyyətli, bəziləri üçün yorucu, bəziləri üçün zövq verici, bəziləri üçün sıxıcı, bəziləri üçün macəradır. Eyni zamanda, xaricdə təhsil almaq istəyinizi reallaşdırarkən çox böyük təcrübə əldə edəcəyinizə də əmin ola bilərsiniz.

Discussion

Xaricdə təhsil almaq istəyən hər bir gənc aşağıdakı proseduru özü üçün “yol xəritəsi” olaraq seçə bilər:

1-Dil bacarıqları və xarici universitetlərin tələb etdiyi əsas meyarları təmin etmək
2-İxtisas seçimi
3-Ölkə və universitet seçimi
4-Universitetin tələb etdiyi meyarları təmin etmək
5-Universitetə müraciət
6-Universitetə qəbul
7-Təqaüd axtarışı
8-Sənədləşdirmə başa çatdıqdan sonra vizaya müraciət
9-Universitetə qeydiyyat və xaricdə təhsilə başlanması

  • Dil bacarıqları və xarici universitetlərin tələb etdiyi əsas meyarları təmin etmək: Xaricdə təhsil almaq istəyən hər bir şəxs bu barədə qərarını tam dəqiqləşdirdikdən sonra ilk növbədə xarici universitetlərin qəbul tələbləri ilə maraqlanmalı və bir sıra sənədləri əldə etməlidir. Belə ki, xaricdə təhsil ala bilmək üçün attestat, TQDK tərəfindən keçirilən imtahan nəticəsi, dil bacarıqlarınızı əks etdirən sertifikatlar (TOEFL, IELTS, TestDAF, TCF və başqa imtahanlar) və digər sənədlər tələb edilir. Xarici ölkələrdə  çox universitet var və təbii ki, onların heç də hamısı keyfiyyətli təhsilə malik deyil. Keyfiyyətli təhsil almaq istəyirsinizsə, ilk öncə sizin göstəriciləriniz yüksək olmalıdır. Ən əsası universitetin tələb etdiyi dil sertifikatınız olmalıdır. Əks təqdirdə, həmin universitetdə təhsil almağınız mümkün olmayacaq. Olsa belə, siz mütləq universitetdə ən azı 1 il dil dərslərinə daxil olmağa məcbur olacaqsınız. Attesstat, TQDK tərəfindən keçirilən imtahan və diplom nəticələriniz universitetə qəbulda, xüsusilə təqaüd qazanmaqda böyük əhəmiyyət daşıyır.
  • İxtisas seçimi: Xaricdə təhsil almaq üçün müraciət edərkən mütəxəssisləşmək istədiyiniz, marağınız olan və  təməl biliklərinə malik olduğunuz ixtisası seçin. Bəzi gənclərin yeganə istəyi xarici universitetə qəbul olub Azərbaycanı tərk etmək olduğundan ixtisas seçiminə o qədər də əhəmiyyət vermirlər. Amma bu kifayət qədər yanlış addımdır. Qeyd edək ki, marağınız və təməl bilikləriniz olmayan ixtisasın təhsilini almağa getsəniz, sonradan ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Belə ki, Azərbaycanda iqtisadiyyat təhsili alan bir tələbə xarici universitetdə heç bir təməl biliyi olmadan mühəndislik təhsili almağa getsə, çətinliklərlə üzləşəcək. Xarici universitetə qəbul olunduqdan sonra isə ixtisas dəyişdirmək əlavə zəhmət tələb edir. Ona görə mütəxəssisləşmək istədiyiniz və arzuladığınız ixtisas hansıdırsa, əlinizdən gələni edin ki, həmin ixtisasa qəbul olasınız.
  • Ölkə və universiet seçimi: Ölkə və universitet seçimi bu prosesdə demək olar ki, ən əhəmiyyətli mövzudur.  Belə ki, bu seçiminiz bütün müraciət proseduruna təsir edir və getdiyiniz universitet sizin gələcəyinizi müəyyən edir.  Səhv seçim isə sizin üçün mənfi nəticələr verəcəkdir. Nəzərə alın ki, hər bir ölkənin öz təhsil sistemiStudents, walking on the CSU Campus 06.03.08, ona uyğun meyarları, öz təhsil dili, müxtəlif universitetləri və fərqli keyfiyyətləri mövcuddur. Məsələn, turizm ixtisasında təhsil almaq istəyənlər üçün İsveçrə ən yaxşı seçim olduğu halda, keyfiyyətli tibb təhsili almaq üçün Almaniyanın seçilməsi daha məqsədəuyğundur. Bununla yanaşı, hər ölkənin xarici tələbə qəbulu üçün  özünəməxsus qaydaları var. Yalnız İngilis dili bacarığı olan bir tələbənin Fransada təhsil alması çətindir, çünki bu ölkənin universitetlərinin əksəriyyəti Fransız dili sertifikatı tələb edir. Xaricdə təhsilə müraciət zamanı düzgün seçim etmək üçün mütləq  ölkələr və universitetlər haqqında  köklü araşdırma aparmalısınız. Bu araşdırmaya ölkənin imkanları, universitetin yerləşdiyi şəhər, kampus imkanları, professor və müəllim heyəti, kitabxana imkanları, universitetin tələbələrinə yaratdığı əlavə fürsətlər, universitetin ixtisaslaşdığı fakültələr və digər başlıqlar daxildir. Xaricdə təhsil üçün ölkə və universitet sayı çox olduğundan onları əvvəlcədən araşdırmaq və özünüzə uyğun olanını müəyyənləşdirmək lazımdır.
  • Universitetin tələb etdiyi meyarlara cavab vermək: Universiteti seçdikdən sonra qəbul üçün tələb etdiyi meyarlara baxmalısınız. Hər bir universitetin öz qəbul şərtləri var. Sizin dil imtahanı nəticəniz tələblərə cavab vermirsə, yenidən həmin imtahana daxil olmalısınız. Yaxud GRE, GMAT, SAT, ALES və digər imtahan nəticələriniz qaneedici deyilsə, siz həmin imtahanlara bir daha daxil olmalısınız. İmtahana yenidən daxil ola bilmədiyiniz təqdirdə isə əldə etdiyiniz nəticələri qəbul edən başqa bir universitetə müraciət etmə imkanınız da var.

Campus - RL 9.11

  • Universitetə müraciət: Siz bütün proseduru yekunlaşdırdıqdan və müraciət edəcəyiniz universiteti müəyyənləşdirdikdən sonra həmin təhsil qurumuna rəsmi olaraq müraciət göndərməlisiniz. Müraciət qaydaları isə hər ölkəyə və universitetə görə dəyişir. Məsələn, İngiltərədəki universitetlərə müraciət etmək üçün vahid sistem mövcuddur. Siz internet üzərindən həmin sistemə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Ancaq ABŞ və Türkiyə kimi ölkələrin universitetləri üçün belə bir sistem mövcud deyil. Ona görə hər universitetin öz tələbləri var. Bəzi universitetlərə internet üzərindən müraciət etmək mümkün olduğu halda, bəzilərinə bütün sənədləri poçtla göndərmək lazım olur.
  • Universitetə qəbul:  Müraciət etdiyiniz universitet tərəfindən rəsmi qəbul məktubu göndərildikdən sonra artıq sizin xaricdə təhsil almaq imkanınız var. Bununla, xaricdə təhsil almaq üçün təxminən ilkin mərhələni başa çatdırmış olursunuz. İlkin mərhələ, çünki Azərbaycanda gənclərin əksəriyyəti öz imkanları ilə xaricdə təhsil almaq şansına malik deyil. Ona görə müxtəlif qurumlar tərəfindən verilən təqaüdlərə müraciət etməli olurlar.

Library

  • Təqaüd axtarışı: Azərbaycanlı tələbələrin xaricdə təhsil ala bilməsi üçün bir sıra yerli təqaüd imkanları mövcuddur. Əsas təqaüd imkanları aşağıdakılardır:
    a) “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  – 34 ölkəni əhatə edir. İl ərzində yalnız bir dəfə müraciət elan edilir.
    b) ARDNŞ xarici təqaüd proqramı – 11 ölkəni əhatə edir. İl ərzində yalnız bir dəfə müraciət elan edilir.
    c) BP xaricdə təhsil proqramı – Türkiyə univeristetləri üçün verilir.İl ərzində yalnız bir dəfə müraciət elan edilir.Bunlardan əlavə olaraq, xarici ölkələrdə fəaliyyət göstərən universitetlərin demək olar ki, hər biri tələbələri üçün təqaüd imkanları təqdim edir. Həmin təqaüd proqramlarına da müraciət edə bilərsiniz.

Studying

  • Sənədləşdirmə başa çatdıqdan sonra viza üçün müraciət: Bir çox ölkə Azərbaycana viza rejimi tətbiq edir. Siz universitetinə qəbul olduğunuz ölkəyə getmək üçün tələbələrə verilən viza almalısınız. Vizanı mümkün olduğu qədər tez almalısınız, çünki bəzi ölkələrin viza proseduru olduqca çox vaxt, bəzən aylar tələb edir. Bu isə sizə qəbul olduğunuz universitetə vaxtında gedib qeydiyyatdan keçməyiniz üçün maneə ola bilər.
  • Universitetə qeydiyyat və xaricdə təhsilə başlanması: Vizanı əldə etdikdən sonra demək olar ki, sizin üçün heç bir maneə qalmır. Qəbul olduğunuz universitetə getməli və qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdikdən sonra artıq siz, xaricdə təhsil alan azərbaycanlı tələbəyə çevrilirsiniz.

Yuxarıdakı məqalədə sizlər üçün xaricdə təhsil prosedurunu izah etməyə çalışdıq. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan informasiya ümumi məlumatlardır. Xaricdə təhsil almaq istərkən bir çox problemlə qarşılaşa bilərsiniz. Ancaq hər bir problemin öz həlli mövcuddur. Sadəcə yorulmadan cəhd etmək lazımdır. Bu prosedur yalnız universitetlərə birbaşa müraciət edən tələbələr üçündür. Belə ki, müxtəlif ölkələrin xüsusi təqaüd proqramları da var. İngiltərə, Yaponiya, Türkiyə, ABŞ, Fransa, Almaniya və digər bir çox ölkə hər il universitetləri üçün qəbul proqramları elan edir ki, onların da hər birinin ayrı qəbul şərtləri var. Eyni zamanda həmin proqramlara da müraciət edə bilərsiniz. Göründüyü kimi xaricdə təhsil bundan bir neçə il əvvəlki kimi çətin deyil. Hər şey sizin özünüzdən asılıdır.

istinad

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma