Posted in İnteriyer Dizayn

Erqonomik olmayan mebelin fəsadları


Ele bir ev , ofis olmaz ki, orda mebel  olmasın.  Evin , interyerin  vacib elementi olaraq keçmişdən bəri  bu əşya  evləri bəzəməyə  davam edir.  Təbii ki, mebelin dizayn funksiyası yanında onun əsas vacib funksiyası rahatlıq və erqonomikadır.  Təəssüf ki,  təcrübələrimizə dayanaraq deyə bilərik ki,  insanlar mebelin rahatlıq funksiyasına  bir o qədər  fikir vermirlər.  Dizayna, gözəlliyə, qiymətə aldanaraq  sağlamlıqlarına zərər verə bilirlər.  Ümumi olaraq deyə bilərik ki,  erqonomikaya fikir verilmədən  alınmış mebellər qısa və ya uzun müddətdə insan  sağlığı üçün fəsadlar törədə bilər.

1.   Döşək Erqonomikası

Əsasən düzgün seçilməmiş döşək əzələlərə, sinirlərə  və damarlara təzyiq göstərməsinə görə bel və kürək ağrılarına səbəb olur. Yuxudaykən bədənin təbii onurğa sütununun qorunması vacibdir.

Çox yumşaq döşəklər bədəninizin vacib nöqtələrini dəstəkləyə bilməz. Çox bərk yataqlarda isə bədəninizlə döşək arasında boşluqlar əmələ gəlir. İki vəziyyətdə də sağlam və tamamlanmış yuxuya həsrət qalacaqsınız.

Bundan başqa keyfiyyəti və materialı məlum olmayan döşəklər də insan  sağılığına zərər verməkdədirlər.  İnsanlar günlərinin 7-8 saatını üzünü, burnunu və ağzını döşəyə təmas edərək keçirir. Buna görə də döşək tekstilinin qorunması, allergiya kontrolu vacib məsələdir. Döşəklərdə əmələ gələn nəm, dəri töküntüləri, istilik allergiyaya səbəb olan və sağlamlığımızı təhdid edən zərərli mikroorqanizmaların çoxalması üçün əlverişli şərait yaradır. Evdə uçuşan tozların 80% dəri töküntüləridir. Bir nəfər ildə ortalama 300-450 qr arası dəri tökür, bu da tam 1 milyon mikroorqanizmanın bəslənməsini təmin edir.

Bütun bunları nəzərə alaraq Sizlərə məsləhət görürük ki, döşək seçərkən mütləq bədən strukturunuzun tələblərini nəzərə alın.  Əgər artıq Sizin belinizdə,  kürəyinizdə problem və ağrılar varsa mütləq tam ortopedik və mikroorqanizmaların artmasının qarşısını alan materiallardan istehsal olunmuş döşək alın.  Heç bir məsrəf Sizin sağlamlığınızdan artıq deyil.

2.    Ofis mebelinin erqonomikası

İnsanlar həyatlarının 1/3 hissəsini işdə keçirirlər. Və dünyada gedən inkişaf prosesləri onu göstərir ki, vaxt ilərlədikçə iş yerlərində insanlar daha çox oturaq vəziyyətdə işləyirlər. Bu da insanların sağlamlığına mənfi təsir göstərə bilir.

Erqonomika, insan sağlamlığının necə qoruması və onun iş effektivliyinin necə artırılmasına cavab axtarır. O, həm də yorğunluq nəticəsində kompyuter arxasındakı iş sürətinin azalması, əsəb – psixoloji xəstəliklərin və  dayaq – hərəkət aparatının xəstəliklərinin artması kimi məsələlərlə də məşğul olur. Belə ki, həqiqətən erqonomik ofis kreslosu erqonomik mebellə birlikdə işdə düzgün pozanı almağa imkan verir, istehsal yorğunluğunun, onurğa xəstəliklərinin, varikoz vena genişlənməsinin və iş yerində qazanılan digər xəstərliklərin yaranmasının qarşısını alır. Bu səbəbdən ofis kresloları qoltuqlar, bel üçün yastıqçalar, hündürlüyün və oturacaq və arxalığın meyllik bucağının tənzimlənməsi mexanizmləri və başqa əlavə elementlərlə ilə təchiz edilir.

Əməkdaşların işini yüngülləşdirmək və effektivliyini artırmaqdan ötrü iş yerlərinin tərtibatına ciddi yanaşmaq lazımdır. Keyfiyyətli və rahat kreslolar işdən məmnuniyyət dərəcəsini və məhsuldarlığı əhəmiyyətli dərəcədə artıracaq. Əgər Sizin iş yerinizdə oturduğunuz kreslo rahat deyilsə mütləq aidiyatı əməkdaşa müraciət etmənizi məsləhət görürük. Çünkü vaxt keçdikcə narahat kreslo Sizə ciddi problemlər yaradacaq, nəticədə özəl və iş həyatınızda diskomfort və həvəssizlik yaranacaq.

3.    Yumşaq mebelin erqonomikası

Çox vaxt yumşaq mebel alıcıları divanın və ya kreslonun rahatlığına fikir vermirlər. Onlar əsasən gözəllik və dizayna fikir verirlər. Hətta mebel salonunda bəyəndikləri divana oturmadan alanlar da olur. Ancaq yumşaq mebel insanların iş və ya ev yorğunluğu sonrası oturub dincəlməsi üçün bir vasitədir. İnsanlar oturarkən doskomfort hiss etməməlidirlər. Yumşaq mebelin rahatlığı onda istifadə olunan süngərin sərtlik dərəcəsindən, üzlük materialdan, mebelin erqonomik strukturundan və  mexanizmindən asılıdır. Yumşaq mebel seçərkən mütləq divan və kresloya oturaraq rahatlığını test etməniz vacibdir.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma