Posted in Maraqli,Uncategorized

Dünyada ilk yuyula bilən smartfon hazırlanıb


yuyulan_smartfon_300

Yaponiyanın «Kyocera» şirkətinin hazırladığı «Digno Rafre» adlı smartfonun əsas özəlliyi odur ki, bu qurğunu sabunla yumaq olar.

«ICTnews.az» elektron xəbər xidməti «lenta.ru» resursuna istinadən yazır ki, istehsalçıların sözlərinə görə, sözügedən qurğu ən müxtəlif vəziyyətlərdə istifadə üçün nəzərdə tutulub. «Kyocera» şirkətinin nümayəndəsi deyib ki, cihazın sensor ekranı hətta isladılmış halda işləyir. Smartfonun korpusu cızıqlara qarşı dayanıqlıdır.

Qurğu «Android 5.1» mobil əməliyyat sistemi ilə işləyir, 1280×720 piksel təsvir ölçülü 5 düymlük diaqonala malik displey və 13 meqapiksellik kamera ilə təchiz olunub. Daxili akkumulyator batareyasının tutumu 3000 milliamper/saat gücündədir.

Smartfon dekabrın 11-də Yaponiyada satışa çıxarılacaq və dəyəri təxminən 460 ABŞ dolları təşkil edəcək.

Emil Hüseynov

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma