susuz_kagiz_300

Yaponiyanın «Epson» şirkəti kağız istehsalında sudan istifadə olunmayan ilk yığcam ofis sistemini təqdim edib.

«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən yazır ki, bu sistem məxfi kommersiya sənədlərini təhlükəsiz şəkildə doğrayır, bundan sonra xırda hissələri emal edərək  kağız vərəqləri yaradır. Bu proses məxfi sənədlərin təhlükəsiz məhvinə sərf olunan xərcləri aradan qaldırmağa imkan verəcək.

Şirkət 10-22 dekabr tarixlərində keçiriləcək «Eco-Products 2015» sərgisində «PaperLab» kağız istehsalı üzrə ofis sistemini nümayiş etdirəcək.

Emil Hüseynov

Advertisements