Posted in Maraqli,Uncategorized

“Yahoo” internet biznesini sata bilər


2014-07-25-yahoologo

ABŞ-ın “Yahoo! Inc” internet şirkətinin Direktorlar Şurası bu həftə internet biznesinin satışa çıxarılması məsələsini müzakirə edə bilər. 
“Report” xəbər verir ki, bu barədə etibatlı mənbəyə istinadən “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Direktorlar Şurasının iclasında şirkətin gələcəyi ilə bağlı geniş müzakirələr aparılacaq. Rəhbərlik eyni zamanda biznesinə alıcı axtarmaq və ya Çində yerləşən “Alibaba Group”dakı səhm paketinin dəyəri 30 milyard dollardan yüksək dəyərləndirilən 15 faizlik payını satmaq üzərində düçünəcək. Qəzetin yazdığına görə, hər iki variantın reallaşması da mümkündür.
“Yahoo”nun 31 milyard dollarlıq bazar kapitalı əsasən iki böyük Asiya aktivləri ilə bağlıdır: “Alibaba” və “Yahoo Japan”. Sonuncuda olan 35%-lik payı 8,5 milyard dollar həcmində qiymətləndirilir.
Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir. “Yahoo!”nun 2015-ci ilin ilk 9 ayı ərzində xalis gəliri ötən ilin analoji dövrü ilə müqayisədə xeyli aşağı düşərək 81,12 milyon dollar təşkil edib.

Müəllif:

Graphic Designer

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma