All DesiGn

Həyat özüdə insan üçün cızılmış bir dizayndır.

FCE (First Certificate in English)


FCE NƏDIR?

Cambridge First Certificate in English (FCE) imtahanı – Kembric imtahanları arasında ən məşhurudur. Hər il bu imtahanı 100-dən çox ölkədə 270 min insan verir. Güman edilir ki, dil biliyinin bu səviyyəsi ingilis dilində əminliklə danışmağa imkan verir. Bu imtahanı müvəffəqiyyətlə verən ingilis dili üzrə Kembric İmtahanları Universiteti ( University of Cambridge ESOL Examinations) tərəfindən sertifikatla təltif olunur.

FCE IMTAHANINI KIM  VERƏ BILƏR?  

FCE imtahanını müvəffəqiyyətlə vermək üçün ingilis dilinin öyrənilməsinə auditoriya məşğələlərinin 600 saatını sərf etmək lazımdır. FCE imtahanına hazırlığı ümumi qəbul olunmuş klasifikasiyaya uyğun İntermediate səviyyəsini keçdikdən sonra başlamaq olar. 

FCE NƏ ÜÇÜN LAZIMDIR?  

FCE xaricdə oxumaq istəyən istənilən insan üçün vacib klasifikasiya göstəricisidir. Bir çox universitetlər və digər təhsil müəsissələri FCE imtahanını ingilis dilini orta səviyyədə bilmə göstəricisi hesab edir. Belə təhsil müəsissələrində  FCE imtahanının verilməsi həmin təhsil müəsissələrinə daxil olma şərtlərindən biridir. Bununla yanaşı FCE sertifikatı xaricdə işləmək və xarici partnyorlarla ünsiyyət saxlamaq istəyən istənilən insan üçün vacibdir. Dünyanın bütün kompaniyaları FCE sertifikatını tanıyır. Bu sertifikata sahib olma o deməkdir ki, onun sahibi ingilis dilli dokumentasiya ilə işləyə bilər, iniglis dilini professional kommunikasiya prosesində əminliklə istifadə edə bilər. FCE səviyyəsində ingilis dilini bilmək işgüzar yazışmaları və telefon danışıqlarını aparmaq, kitab və məqalələri oxumaq imkanı verir.

Bundan başqa, FCE daha yüksək səviyyəli Cambridge Certificate in Advanced English (CAE) və Certificate of Proficiency in English (CPE) imtahanlarına hazırlıq yolunda vacib etaplardan biri ola bilər.

FCE-NIN TƏRKIBI

FCE aşağıdakı hissələrdən ibarətdir:

  • Oxumaq (Reading)

  • Yazmaq (Writing)

  • Dilə sahib olma (Use of English)

  • Dinləmə qabiliyyəti (Listening)

  • Şifahi test (Speaking)

Bütün yazılı testlər yoxlanılmaq və qiymətləndirilmək üçün Kembricə göndərilir. Speaking testi iki imtahançı tərəfindən götürülür.

Reading

Reading testində namizədin bədii və sənədli ədəbiyyatdan, jurnal və qəzetlərdən götürülmüş mətnləri oxuması və anlaması qabiliyyəti yoxlanılır. Reading testi 4 hissədən ibarətdir və özündə 35 sual cəmləşdirir. Hər hissə mətn və müvafiq tapşırıqlardan ibarətdir. Hissələrdən biri öz aralarında bağlı olan bir neçə kiçik mətnlərdən ibarət ola bilər.

Writing

Writing testi hər biri 120-180 sözdən ibarət 2 yazılı tapşırığın yerinə yetirilməsini nəzərdə tutur. Tapşırığın mənası – təqdim olunmuş materialdan istifadə etməklə məktub, məqalə və inşa yazmaqdır. Birinci tapşırıq birdir və hamı üçün vacibdir, ikincidə isə bir neçə variantdan bir mövzu seçmək imkanı mövcuddur. Bu variantlar arasında elə tapşırıq vardır ki, onu yerinə yetirmək üçün əvvəlcədən məlum olan kitab siyahısını oxumaq lazımdır:  

2005-CI IL ÜÇÜN KITAB SIYAHISI:

  • Sara Paretsky, Deadlock (Oxford Bookworms Library)

  • Ghost stories, retold by Rosemory Border (Oxford Bookworms Library)

  • Jane Austen, Pride and Prejudice (Penguin Readers or any edition)

  • Anthony Hope, The Prisoner of Zenda (Penguin Readers or any edition)

  • George Orwell, 1984 (Penguin Readers or any edition)

Use of English

Use of English testi ingilis dilinin əsas strukturunu bilmək və onlardan istifadə etmək qabiliyyətini yoxlayır. Əldə olan bilikləri və qabiliyyəti müxtəlif tapşırıqları yerinə yetirərkən, məsələn, mətnlə və ayrı-ayrı cümlələrdə işləyərkən göstərmək lazımdır. Use of English testi hər biri 10-15 sualdan ibarət olan 5 hissədən ibarətdir. Tapşırıq təqdim olunmuş cavab variantlarından birini, sərbəst cavabları (mətndəki boşluqların doldurulması) seçməyi və mətndəki səhvləri düzəltməyi tələb edir.  

Listening

Listening testi ingilis dilində danışıq nitqini başa düşmək və eşidilənlərin mənasını tutmaq qabiliyyətini yoxlayır. Dinləmək üçün təqdim olunmuş mətnlər müxtəlifdir – bu müsahibə, müzakirə, leksiya, elan, radioproqram ola bilər. Listening testi 4 hissədən və 30 sualdan ibarətdir. Hər hissədə audioyazıları dinləmək və müvafiq tapşırıqları yerinə yetirmək lazımdır.  

Speaking

Speaking testi namizədin müxtəlif situasiyalarda ingilis danışıq dilinin köməkliyi ilə qarşılıqlı əlaqədə olmaq qabiliyyətini qiymətləndirir. Bu test 4 hissədən ibarətdir: imtahançının suallarını cavablandırmaq, bir dəqiqə davam edən monoloq, digər imtahan verənlə birlikdə tapşırığın yerinə yetirilməsi və müzakirələr. Testləşdirmə zamanı foto şəkillər halında köməkçi materiallar təqdim olunur. Speaking testi digər imtahan verənlə cütlük şəklində aparılır və iki imtahançı tərəfindən qiymətləndirilir ki, onlardan biri namizədlərin dialoqlarını istiqamətləndirir və tapşırıq verir, digəri isə müzakirəyə qatılaraq namizədlərin biliyini qiymətləndirir.  

FCE-NIN FƏALIYYƏT MÜDDƏTI

Sertifikat müddətsizdir və təkrar imtahan verilməsini tələb etmir.

FCE NECƏ QIYMƏTLƏNDIRILIR?

Balların maksimal kəmiyyəti – 200 baldır. Hər 5 testdən bir 40 bal gəlir. Ümumi qiymət imtahandakı bütün balların kəmiyyətinə görə qoyulur. Buna görə də imtahanı vermək üçün hər 5 test üzrə çox bal toplamaq vacib deyil. Müsbət qiymətlər A, B və C-dir. D və E qiymətləri o deməkdir ki, imtahn verilməmişdir. C – ən kiçik müsbət qiymətdir ki, onu almaq üçün ümumi ballar cəminin minimum 60 %-ni toplamaq lazımdır.

Bir şərh yazın